“Xırdalan bələdiyyəsi 700 min manatdan artıq vəsait toplayıb. Bəzi şəhər bələdiyyələrinin büdcəsi 1 milyona çatıb. Bu, çox yaxşı haldır. Lakin bəzi kənd bələdiyyələrinin heç 10 min manat vəsaiti yoxdur”.
Deputat bildirib ki, yığılan vəsaitlər lazımi işlərə, əhalinin sosial qayğılarına, bələdiyyələrin saxlanmasına ayrılmalıdır: “Bələdiyyələr bağçalar açmalıdır. Düşünürəm ki, 2-3 bələdiyyə yığışıb öz ərazilərində bağça tikə bilər. insanların buna ehtiyacı var. Digər tərəfdən minimum xidmət haqlarını qarşılamaqla özəl bağçalar yarada bilərlər. insanlar digər özəl bağçalara nə qədər pul tökür. 1600-dən çox bələdiyyənin hələ bir dənə bağçası yoxdur. Bu, düşündürücü məsələdir”.
Zaur Mirzə
https://qafqazinfo.az/news/detail/1-milyonluq-budcesi-olan-belediyyenin-bele-bagcasi-yoxdur-391634